Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.bg" nəşri məlumat yayıb.
Xəbərə görə, buna səbəb komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunda Gürcüstan yığmasına 2:5 hesabı ilə məğlub olmasıdır. Matçdan sonra keçirilən mətbuat konfransında 54 yaşlı mütəxəssis məsuliyyəti üzərinə götürdüyünü və postundan ayrıldığını bildirib.
Qeyd edək ki, Bolqarıstan yığması Millətlər Liqasında ilk turda Şimali Makedoniya ilə heç-heçə edib – 1:1. Yasen Petrov 2021-ci ilin yanvarında millinin sükanı arxasına keçib.