Yığmamızın üzvü dünya rekordçusu oldu

Yığmamızın üzvü dünya rekordçusu oldu

Azərbaycan voleybolçusu Polina Rəhimova bir oyunda maksimal xalların sayında yeni dünya rekordçusu olub. 

"Bodi Kvinsis" komandasında çıxış edən Rəhimova bu uğura Yaponiya çempionatında "Hitaçi Rivale" ilə görüşdə imza atıb. O, təkbaşına 58 xal toplayıb. 

25 yaşlı voleybolçunun komandası görüşü 3:2 (26:24, 22:25, 23:25, 25:22, 15:9) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, öncəki rekord 57 xalı olan bolqarıstanlı voleybolçu Elitsa Vasilyevaya məxsus idi.("Report")

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər