16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sentyabrın 21-dan 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində sentyabrın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Yığmanın düşərgəsinə 26 futbolçu dəvət olunub. Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Həbib Hüşənov Qəbələ 2. Aftandil Arıxov Sumqayıt 3. Ayxan Əlizadə Sabah 4. Məsud Əlişanlı EFA 5. Tuncay Əhmədov Sabah 6. Raul Babayev Qəbələ 7. Tunar Mehdizadə Sabah 8. Ramin Əvəzov Sabah 9. Səmid Əhmədov Qəbələ 10. Vüsal Paşayev Sumqayıt 11. Həzrət Səmədov Sabah 12. Akif Əliyev EFA 13 Atilla Hüseynli Sabah 14. Sadiq Məmmədli ROFM 15. Eltun Babazadə Qarabağ 16. Dilavər Verdiyev Sumqayıt 17. Ömər Kərimov Qəbələ 18. Babamirzə Mehdiyev Sabah 19. Anar Hüseynov Sabah 20. Amin Muradov Neftçi 21. Ziya Şəkərxanov Qəbələ 22. Ömər Nəsibov Neftçi 23. İbrahim Xəlilov Sabah 24. Amid Qasımov Qarabağ 25. Ümid Səlimov Şamaxı 26. Toğrul Tapdıqlı Sumqayıt