Yığmamızın rəqibi yoldaşlıq oyunu keçirəcək

Yığmamızın rəqibi yoldaşlıq oyunu keçirəcək
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda mübarizə aparan Lüksemburq yığması avqustun 14-də Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək. Bundan əlavə, Lüksemburq millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə sentyabrın 10-da keçirəcəyi qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. Josy Barthel stadionunda keçiriləcək oyun yerli vaxtla saat 20:15-də başlayacaq.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər