Yığmamızın oyunu gürcü və belçikalı hakimlərə tapşırıldı

Yığmamızın oyunu gürcü və belçikalı hakimlərə tapşırıldı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2019-un seçmə mərhələsində 3-cü oyununu Lixtenşteynə qarşı keçirəcək.
 
Fanat.Az xəbər verir ki, UEFA Tiflisdə baş tutacaq oyunu belçikalı və gürcüstanlı referilərə tapşırıb.
 
Qarşılaşmanın baş hakimi Erik Lambrests olacaq. Digər belçikalı Karel de Rokerlə gürcüstanlı Georgi Elikaşvili ona kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleko Aptsiauri (Gürcüstan) yerinə yetirəcək.
Noyabrın 20-də "Mixail Mesxi” stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər