Yığmamızın növbəti rəqibi Latviya olacaq

Yığmamızın növbəti rəqibi Latviya olacaq
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığmasının növbəti rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, yığmamız yanvarın 9-da, saat 14.15-də Latviya komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcək. Məğlub komanda son oyunda 15-ci yer uğrunda mübarizə aparacaq.
Onu da qeyd edək ki, qrup mərhələsində Yunanıstanla sülh bağlayan (1:1) yığmamız Çexiya (0:2) və Yaponiyaya (1:4) uduzub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər