Futzal üzrə milli komandamızın baş məşqçisi Milton Luis Ziller Junior Dünya çempionatının ilk oyununda Mərakeş üzərində qazanılan 5:0 hesablı qələbəni şərh edib. Fanat.Az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdi. Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi bir oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq".
Fanat.Az