Yığmamız UEFA-nın İnkişaf turnirinə qatılacaq

Yığmamız UEFA-nın İnkişaf turnirinə qatılacaq

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində təşkil ediləcək UEFA İnkişaf turnirinə qatılacaq. 

Fanat.Az xəbər verir ki, yarış avqustun 20-dən 28-dək baş tutacaq.   Yığmamız turnirdə 3 görüşdə qüvvəsini sınayacaq. Komanda ayın 22-də Bosniya və Herseqovina, 24-də Estoniya, 27-də isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.   U-15 turnirə hazırlıq məqsədilə sabahdan ayın 20-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Yekun heyət Bakı toplanışından sonra bilinəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər