Yığmamız Türkiyəylə qarşılaşacaq

Yığmamız Türkiyəylə qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün ikinci oyununu keçirəcək. 

Fanat.Az xəbər verir ki, U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, millimiz turnir çərçivəsində keçirdiyi ilk oyununda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər