Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında “Novruz” turnirinə start verilib. Fanat.az xəbər verir ki, Azərbaycan millisi ilk qarşılaşmasında Qazaxıstanın “Kapşaqay” klubu ilə üz-üzə gəlib.
Görüş Elxan Əliyevin yetirmələrinin məğlubiyyəti ilə yekunlaşıb. Yarışa qatılan Özbəkistan millisi də yığmamızın taleyini yaşayıb. Onlar da Qazaxıstanın digər klubu - “Kaspi”yə uduzublar.
Qeyd edək ki, komandamız II turda “Universitet”lə oynayacaq.
I tur
“Kapşaqay” (Qazaxıstan) - Azərbaycan 80:69
“Kaspi” (Qazaxıstan) - Özbəkistan 93:55
“Tulpar-SKİF” (Qırğızıstan) - “Universitet” (Özbəkistan) 71:48
Fanat.az