Yığmamız Lüksemburqun öhdəsindən gələ bildi

Yığmamız Lüksemburqun öhdəsindən gələ bildi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, komandamız meydan sahibi Lüksemburqla qarşılaşıb. 

Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

2:0 hesablı qələbə qazanan təmsilçimiz "cırtdanlar"ı qabaqlayaraq çıxışını başa vurub.

Qeyd edək ki, Elxan Abdullayevin yetirmələri daha öncə Belçikaya 1:5, İspaniyaya isə 0:6 hesabıyla uduzmuşdu.

Xal durumu: Belçika - 7, İspaniya - 7, Azərbaycan - 3, Lüksemburq - 0.

Avropa çempionatı, seçmə mərhələ 16 noyabr

Lüksemburq - Azərbaycan 0:2

Qollar: Mirmövsüm Caniyev, 23. Mehrac Baxşəli, 77. Hakimlər: Luka Bilbiya (Bosniya və Herseqovina), Aleksandar Smilyanic (Bosniya və Herseqovina), Qaret Vin Jones (Uels) Dördüncü hakim: Robert İan Jenkins (Uels)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər