Yığmamız Avropa çempionatına üzücü məğlubiyyətlə başladı

Yığmamız Avropa çempionatına üzücü məğlubiyyətlə başladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, seçməmiz Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçirilən oyunda Belçika yığması ilə qarşılaşıb.

Qarşılaşmanı Bosniya və Herseqovinadan olan Luka Bilbiya idarə edib. Altı qolun qeydə alındığı görüş yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb.   Azərbaycan millisinin yer aldığı 8-ci qrupda bu gün Lüksemburq və İspaniya yığmaları da qarşılaşıb. İspanlar bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar.   AÇ-2022-nin seçmə mərhələsi 8-ci qrup 10 noyabr   Azərbaycan – Belçika 1:5 Qollar: Mahmud Ağayev, 27 – Yohan Bakayoko, 35. Tuur Rommens, 36. Mario Stroeykens, 70. Luka Oyen, 73. Süleyman Damadayev, 85-öz qapısına. Baş hakim: Luka Bilbiya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər