İki milli komandamızın ölkə xaricində təlim-məşq toplanışı təşkil olunacaq. Fanat.az xəbər verir ki, 17 və 19 yaşadək futbolçulardan ibarət yığmalarımız xaricdə hazırlıq keçəcək.
U-17 iyulun 20-dən 30-a qədər Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olacaq. Millimiz hazırlıq prosesi çərçivəsində Latviyanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
U-19 isə iyulun 28-dən avqustun 10-a qədər Avstriyada təlim-məşq toplanışı keçirəcək.
Fanat.az