Yığma komandamız finala yüksəldi

Yığma komandamız finala yüksəldi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində finala yüksəlib. Yarımfinal oyununda "Latsio" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Namiq Ələskərov və Coşqun Diniyev vurub.

Yığmamız final oyununda "Udineze" komandası ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər