Yığma komandalarımızın baş məşqçiləri istefaya göndərildi

Yığma komandalarımızın baş məşqçiləri istefaya göndərildi

Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarının baş məşqçiləri istefaya göndərilib

Güləş üzrə Azərbaycan yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib. 

Fanat.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev əmr imzalayıb. 

Əmrə əsasən, sərbəst güləş üzrə əsas yığmanın baş məşqçisi Saypulla Absaidov vəzifəsindən azad edilib. O, gənclərdən ibarət komandanın sükanı arxasına keçib. 

Cəmşid Xeyrəbadi isə yunan-Roma güləşi üzrə əsas millinin baş məşqçi postundan istefaya göndərilib. Ona yeni vəzifə verilməyib. 

Hər iki əsas komandada baş məşqçi əvəzi funksiyasını müvafiq olaraq, Firdovsi Umudovla Akif Əliyev yerinə yetirəcək. 

Yığma komandaların məşqçilər korpusunda edilən dəyişikliklər və formalaşan yeni heyət aşağıdakı kimidir:

Yunan-Roma güləşi

Böyüklər

Baş məşqçi əvəzi - Akif Əliyev

Böyük məşqçi - İlqar Abdulov

Məşqçi - Nurəddin Rəcəbov

Gənclər

Böyük məşqçi - Şaban Donat

Məşqçi - Zöhrab Abbasov 

Məşqçi - Turac Hüseynli 

Yeniyetmələr

Böyük məşqçi - Bəhram Mürvətov 

Məşqçi - İslam Cəfərov

Məşqçi - Fuad Alıyev 

Kiçik yaşlı yeniyetmələr

Böyük məşqçi - Əfsər Namazəliyev

Məşqçi - Rasim Ağayev

Sərbəst güləş 

Böyüklər 

Baş məşqçi əvəzi - Firdovsi Umudov

Böyük məşqçi - Zəlimxan Hüseynov 

Məşqçi - Arif Abdullayev

Məşqçi - Sadruddin Ayqubov 

Gənclər

Böyük məşqçi - Saypulla Absaidov

Məşqçi - Rövşən Hacıyev

Yeniyetmələr

Böyük məşqçi - Əsgərxan Novruzov

Məşqçi - Vahid Məmmədov 

Məşqçi - Yaşar Əliyev

Kiçik yaşlı yeniyetmələr

Məşqçi - Mehman Nəcəfov

Məşqçi - Elşad Allahverdiyev

Qadın güləşi

Böyüklər

Baş məşqçi - Semyon Çterev

Böyük məşqçi - Aslan Ağayev

Məşqçi - Rövşən Umudov

Gənclər və Yeniyetmələr

Böyük məşqçi - Nazim Əlicanov

Məşqçi - Həsrət Məmmədyarov 

Məşqçi - İsaməddin Hüseynov

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər