Yığma komanda başsız qaldı

Yığma komanda başsız qaldı

Çin milli komandası başsız qalıb. Apasport.az saytının məlumatına görə, sözügedən ölkənin futbol federasiyası yığmanın baş məşqçisi Xose Antonio Kamaçoyla yollarını ayırıb. 

Hər iki tərəf müqaviləni qarşılıqlı razılıq əsasında pozulub. 

58 yaşlı mütəxəssis 2011-ci ildən Asiya təmsilçisinə başçılıq edirdi. Daha əvvəl o, dünyanın ən yüksək maaş alan məşqçilər sırasında göstərilirdi. Kamaçonun illik məvacibi 5,9 milyon avro təşkil edirdi.

Qeyd edək ki, Çin millisində Xose Antonionu “Mançester Siti”nin sabiq çalışdırıcısı Roberto Mançininin əvəz edəcəyi iddia edilir. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər