Yetirməsi olduğu klubdan həyatını itirən Jota ilə bağlı qərar - RƏSMİ

Yetirməsi olduğu klubdan həyatını itirən Jota ilə bağlı qərar - RƏSMİ

Portuqaliyanın "Qondomar" klubunun oyunçuları yeni mövsümdə üzərində bu yay faciəvi şəkildə həyatını itirmiş Dioqu Jotanın təsviri olan forma ilə mübarizə aparacaqlar.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

İdman geyimlərinin üzərində Jota və onun qardaşı Andre Silvanın şəkilləri yerləşdirilib. 

Qeyd edək ki, Dioqu karyerasına “Qondomar”da başlayıb. O, 2005–2013-cü illər aralığında sözügedən klubun strukturunda olub.

Xatırladaq ki, Jota iyulun 3-də avtomobil qəzası nəticəsində 28 yaşında dünyasını dəyişib. O, 2020-ci ildən İngiltərənin "Liverpul" klubunda çıxış edirdi. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər