"Yəqin ki, yığmadan gedəcəkdim" - Messi açıqladı

"Yəqin ki, yığmadan gedəcəkdim" - Messi açıqladı

"İnter Mayami"nin superulduzu Lionel Messi Qətərdə keçirilən DÇ-2022-nin qalibi olmalarından danışıb.

Fanat.Az xəbər verir ki, argentinalı hücumçunun dediklərini AS belə çatdırıb:

"Dünya çempionu olmağımız biz, bizim ailələrimiz və bütün ölkə üçün sehrli nağıl kimi idi. Bu hisslər ömrümüzün sonunadək bizi tərk etməyəcəklər. Titul qazanmayacağımız halda, yəqin ki, yığmadan gedəcəkdim. Ancaq xoşbəxlikdən biz Argentinaya daha bir qələbə hədiyyə etməyi bacardıq".  

Xatırladaq ki, Argentina DÇ-2022-nin finalında Fransanı məğlub etmişdi - 3:3, penaltilərlə 4:2. Həlledici qarşılaşmada "tanqoçular"ın kapitanı Messi dublla yadda qalmış və son mundialın ən yaxşı oyunçusu seçilmişdi. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər