11-12 noyabrda Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə 27 ölkədən 527 idmançı iştirak edəcək.
Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət milli yığmanın məşqçisi Nicat Şıxəlizadə rəhbərlik edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri İslam Nəcəfquluyev, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Akif Tahirov və Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.
-50 kq. Emil Səfərov İsmayıl Vəlizadə Sahib Məmmədov
-55 kq. Telman Abdullayev Şirin Hüseynov
-60 kq. Ayxan Ələkbərov Vasif Səfərov Ziya Quliyev Özqan Quliyev Yusif Abbasov
-66 kq. Səid Şərifov Əli Hümbətov Ümud Qurbanov Kənan Sadıqov Əmir Kəlbixanov Üzeyir Məmmədov Fərrux Mehdiyev Sadiq İskəndərov Mehdi Məmmədov Muhammad Şıxəlili Səid Poladov
-73 kq. Ağabala Bağırov Əhməd Mehdiyev Şamil Sadiqov Osman Səlimov Rza Satulayev Nihad Yahyayev
-81 kq. Canpolad Əliyev Əli Qazıməmmədov Əmir Xəzriyev Emin Şirinov
-90 kq. Tunar Fərzəliyev