Yeni FİFA referilərinin adları nə vaxt açıqlanacaq?

Yeni FİFA referilərinin adları nə vaxt açıqlanacaq?

FİFA milli federasiyalara sirkulyar məktub ünvanlayıb.

Fanat.Az-ın məlumatına görə, beynəlxalq futbol qurumu federasiyalardan 2022-ci il üçün referilərinin siyahılarını tələb edib.

Oktyabrın 1-i namizədlərin adlarının təqdim olunması üçün son tarixdir.  

Siyahı ilə bağlı tələblər də açıqlanıb. Namizədliyi təklif olunan baş hakimlər minimum 31 dekabr 1996-cı il, köməkçi hakimlər isə 31 dekabr 1998-ci il doğumlu (və ya daha əvvəl) olmalıdır. FİFA, yaşı 45-dən yuxarı olan (1977 və ya daha əvvəl anadan olmuş) təklif olunan ədalət təmsilçilərindən əlavə texniki qiymətləndirmə, xüsusi tibbi müayinə və fitnes testlərinin keçirilməsini tələb etmək hüququnu özündə saxlayır.

Hər bir namizəd, beynəlxalq hakimlər siyahısına təqdim edilməzdən əvvəl son 1 il ərzində milli çempionatdakı oyunlarda aldığı ballara görə sıralanmalıdır. 

Namizəd olan bütün hakimlər (VAR hakimləri istisna olmaqla) ən azı 2 iyun 2021-ci ildə və ya ondan sonra FİFA tərəfindən təsdiqlənmiş fitnes testindən və tibbi müayinədən keçməlidirlər.

Mirağa

Yeni FİFA referilərinin adları nə vaxt açıqlanacaq?

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər