"Yaxın günlərdə millinin baş məşqçisi ilə bağlı qərar veriləcək" - Qurban Qurbanov

"Yaxın günlərdə millinin baş məşqçisi ilə bağlı qərar veriləcək" - Qurban Qurbanov

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi ilə bağlı qərar yaxın günlərdə veriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun iclasından sonra jurnalistlərə açıqlamasında deyib:

"Toplantıda milli komandanın baş məşqçisi məsələsi də müzakirə olundu. Yaxın günlərdə bu barədə qərar veriləcək”.

Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər