"Yataqdan qalxmıram, otaqdan çıxmıram, yemək yemirəm" - İtaliya millisinin keçmiş oyunçusu

"Yataqdan qalxmıram, otaqdan çıxmıram, yemək yemirəm" - İtaliya millisinin keçmiş oyunçusu

İtaliya millisinin keçmiş oyunçusu Pablo Daniel Osvaldo depressiya, alkoqol və narkotik asılılığı ilə mübarizə apardığını etiraf edib.

Fanat.Az xəbər verir ki, ağır durumda olan 38 yaşlı veteran bu barədə fikirlərini "Instagram" hesabındakı paylaşımı vasitəsilə dilə gətirib:

"Mənim üçün bunları etiraf etmək çətindir, amma vaxtın yetişdiyini düşünürəm, ürəyimi boşaltmağa ehtiyac hiss edirəm. Uzun müddətdir ki, depressiya ilə mübarizə aparıram. Bu da məni alkoqol və narkotikə aludəçiliyə gətirib çıxardı. Həyat yavaş-yavaş əlimdən çıxıb gedir. 

Psixiatrik müalicə alıram, dərmanlar qəbul edirəm, hissiyyatımı itirmişəm. Mən dəfələrlə müalicə almışam, amma yenidən aludəçiliyə düçar olmuşam. Artıq özümü məhv etməyi düşünürəm.

Heç yerə getmirəm, yataqdan qalxmıram, otaqdan çıxmıram, yemək yemirəm. Asılılıqlar depressiyamı daha da pisləşdirir. Əvvəllər mən futbolçu idim, tamam başqa, qürurlu, özümə güvənən bir insan idim. İndi mən özümü heç tanımıram.

Bu vəziyyətdən təkbaşına çıxa bilmirəm. Həqiqəti psixikamın yaratdığı şeydən ayırmaq mənim üçün çətindir. Dostlarımdan, ailəmdən, uşaqlarımdan əhv diləyirəm. Hamı mənim başıma gələnləri bilir. Hiss edirəm ki, qaça bilmərəm, bir çarə tapmalıyam".   Osvaldo "Yuventus", “Roma” və “İnter”dəki çıxışı ilə tatınır. O, futbolçu karyerasını 2016-cı ildə başa vurub. Argentina "Boka Xuniors"undan ayrıldıqdan təxminən dörd il sonra "Banfild"ə keçsə də, bir neçə ay ərzində oyuna çıxmadan oradan da ayrılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər