Yaşar Vahabzadə: "Onların imkan verdiyi qədər oynaya bildik"

Yaşar Vahabzadə: "Onların imkan verdiyi qədər oynaya bildik"
21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə dünən millimizlə "Dalğa Arena"da baş tutan seçmə mərhələ oyunu (0:2) ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi bunları deyib:
"Avstriya yığmasının oyunlarının videoyazısına baxmışdıq. Bilirdik ki, rəqibimiz sürətli və aqressiv oyuna üstünlük verir. Futbolçularımıza buna uyğun tapşırıqlar vermişdik. Təəssüf ki, bu gün rəqibin imkan verdiyi qədər oynaya bildik. Bu cür vacib oyunlarda heç bir futbolçu özünəinam hissindən məhrum olmamalıdı. Qarşıda daha bir çətin oyunumuz var. Emosiyaları arxa plana keçirib səhvlərimizi təhlil etməli, həmin qarşılaşmaya hazırlaşmalıyıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər