Yarımmüdafiəçi gedir, bəs Darbo hanı? - AÇIQLAMA

Yarımmüdafiəçi gedir, bəs Darbo hanı? - AÇIQLAMA

Macarıstanlı müdafiəçi Mark Tamaşla yolları ayıran "Neftçi" ndaha bir legioneri ilə əməkdaşlığa son qoymaq üzrədir.

Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:

"Lebonun "Neftçi" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsi gündəmdədir. Hazırda bu yöndə danışıqlar gedir".

Fransalı oyunçunun gedəcəyini təsdiqləyən klub rəsmisi hazırda Qəbələdə təlim-məşq toplanışında olan "ağ-qaralar"ın məşqlərinə qatılmayan hücumçu Dembo Darbo ilə bağlı vəziyyətə də aydınlıq gətirib:

"Darbo hazırda zədəsini sağaltmaqla məşğul olduğu üçün təlim-məşq toplanışına qatılmayıb. Onun komandadan ayrılacağı gözlənilmir. Bir neçə gündən sonra Azərbaycana qayıdacaq".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər