Yamalın kölgəsində qalan cinah hücumçusunun aqibətinin necə olacağı bilindi

Yamalın kölgəsində qalan cinah hücumçusunun aqibətinin necə olacağı bilindi

"Barselona" rəhbərliyinin komandanın 20 yaşlı cinah hücumçusu Runi Barci ilə bağlı yekun qərarı açıqlanıb.

Fanat.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, Kataloniya təmsilçisi bu yay danimarkalı futbolçunu icarəyə vermək niyyətindədir.

İspaniya nəhənginin idarəçiləri Lamin Yamalın kölgəsində qalan Barcinin müntəzəm oynaya biləcəyi klubda yeni inkişaf mərhələsinə qədəm qoyacağına inanırlar və bu səbəbdən onu satmaq fikrində deyillər. 

Cari mövsüm "blauqrana"nın sıralarında bütün turnirlərdə 23 matça çıxan Runi 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Barsa" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc oyunçunun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər