Yamalın agenti Laporta ilə görüşdü - Bu klubdan fantastik təklif var

Yamalın agenti Laporta ilə görüşdü - Bu klubdan fantastik təklif var

PSJ "Barselona"nın 16 yaşlı vingeri Lamin Yamal üçün Kataloniya klubuna 200 milyon avro təklif edib.  

Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı nüfuzlu “Marca” nəşri yayıb.

Mənbənin məlumatına görə, Fransa nəhəngi Yamalda bu yay PSJ-dən ayrılaraq "Real Madrid"ə keçəcək hücumçu Kilian Mbappeni əvəzləmək potensialı görür. Yamalın maraqlarını təmsil edən tanınmış futbol agenti Jorje Mendes bu həftə "Barselona"nın prezidenti Joan Laporta ilə görüşüb, bu transferin mümkünlüyünü müzakirə edib.

Xatırladaq ki, Yamal bu mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib və bu oyunlarda 6 qol vurub, 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" futbolçunun bazar dəyərini 60 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər