Yamal Avropanın ən yaxşı üç gənc oyunçusunun adını dedi

Yamal Avropanın ən yaxşı üç gənc oyunçusunun adını dedi

"Barselona"nın vingeri Lamin Yamal Avropanın ən yaxşı üç gənc futbolçusunun adını çəkib. 

Fanat.Az "Barca Universal"-a istinadən xəbər verir ki, 16 yaşlı ispaniyalı vunderkindin siyahısında Almaniya Bundesliqasından iki, eləcə də La Liqadan bir futbolçu yer alıb: 

“Barselona”nın oyunçularını saymasaq, Avropanın ən yaxşı üç gənc istedadı? Florian Virts, Camal Musiala və Niko Uilyams". 

Yamal yay təlim-məşq toplanışında yaxşı çıxış edərək, bu mövsüm "Barselona"nın əsas heyətinə düşüb. O, cari İspaniya çempionatında 4 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər