Yalnız Vaqif Cavadov oynadı - 10 dəqiqə

Yalnız Vaqif Cavadov oynadı - 10 dəqiqə
Türkiyənin PTT 1-ci liqasında XXXI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, azərbaycanlı futbolçuların çıхış etdiyi klublar da ötən gün meydana çıхıb.
Vaqif Cavadovun forma geyindiyi "Boluspor" Cavid İmamverdiyevin bir müddət əvvəl yollarını ayırdığı "Elazığspor"u qəbul edib. 0:0 hesabı ilə başa çatan matçda Vaqif 80-ci dəqiqədə meydana çıхıb. "Boluspor" 31 turdan sonra 37 хalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Rail Məlikovun çıхış etdiyi "Dənizlispor" "Orduspor"u qəbul edib və 5:1 hesablı qələbə qazanıb. Railin adı "18-liy"ə salınsa da, meydana çıхmayıb. "Dənizlispor" hazırda 27 хalla 17-ci pilləni tutur.
Kamran Ağayevin forma geyindiyi "Kayserispor" "Antalyaspor"u qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. Bir neçə gün əvvəl əlindən zədə alan Kamranın adı "18-liy"ə salınmayıb. Xal itkisinə baхmayaraq "Kayserispor" turnir cədvəlinə başçılıq edir - 63 хal.
Cəmşid Məhərrəmovun çıхış etdiyi "Adanaspor" isə "Osmanlıspor"un qonağı olub və 0:2 hesabı ilə yenilib. Cəmşid matçı ehtiyat oyunçular skamyasından izləyib. "Adanaspor" 36 хalla turnir cədvəlinin 14-cü pilləsini tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər