Yadullayevin taleyi bu oyundan asılıdır

Yadullayevin taleyi bu oyundan asılıdır

Mövsümə böyük büdcə və yüksək hədəflərlə başlayan 1-ci Liqa təmsilçisi MOİK-in bərbad performansına rəğmən, baş məşqçi İlham Yadullayevin indiyədək postunda saxlanılması yetərincə diqqətçəkən məqamdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik sözügedən mütəxəssislə yolları 9-cu tur çərçivəsində sabah "Difai"yə qarşı keçiriləcək oyundan sonra ayıra bilər.

Belə ki, komandası "fədailər"i qonaq qismində yenə bilməyəcəyi təqdirdə, Yadullayev istefa verəcək. Əslində, indiki çalışdırıcı hələ 4-cü turda "Şəfa"ya 1:4 hesabı ilə yenildikləri matçdan sonra postundan ayrılmaq qərarını "hərbçilər"in rəhbərliyinə çatdırıb. Lakin həmin vaxt istefa qəbul olunmayıb. 

Qeyd edək ki,  hazırda 5 xalı olan MOİK turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər