XXI əsrin ən yaxşı 100 idmançısı: Messi və Ronaldu "ilk beşliy"ə düşə bilmədilər

XXI əsrin ən yaxşı 100 idmançısı: Messi və Ronaldu "ilk beşliy"ə düşə bilmədilər
"Marca" nəşri XXI əsrin 100 ən yaxşı kişi idmançısını sıralayıb.
Fanat.Az xəbər verir ki, Yay Olimpiya Oyunlarının 23 qat qalibi Maykl Felps sıralamaya başçılıq edir. 8 qat Olimpiya çempionu olan qaçışçı Useyn Bolt ikinci, 20 dəfə "Böyük dəbilqə" turnirlərini qazanan Rocer Federer isə üçüncüdü.
"Barselona"nın hücumçusu Lionel Messi 7-ci olub. "Yuventus"un forvardı Kriştianu Ronaldu isə 10-cudu.
"İlk onluq" belədi:
1. Maykl Felps (üzgüçülük)
2. Useyn Bolt (qaçış)
3. Rocer Federer (tennis)
4. Rafael Nadal (tennis)
5. Kobe Brayant (basketbol)
6. Tayqer Vuds (qolf)
7. Lionel Messi (futbol)
8. Lyuis Hemilton ("Formula 1" pilotu)
9. Valentino Rossi (motosiklet yarışçısı)
10. Kriştianu Ronaldu (futbol)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər