XVII turda kimlər fərqlənib?

XVII turda kimlər fərqlənib?
Topaz Premyer Liqasının XVII turunun statistik məlumatları açıqlanıb. Fanat.az xəbər verir ki, ötən tur “İnter” topa sahib olmada digərlərindən üstün olub - 38 dəqiqə (58%). Sürətli hücumlarda isə “Xəzər Lənkəran” və “Bakı” klubları fərqlənib.
XVII turda AZAL-ı 3:0 hesabı ilə məğlub edən “Simurq” isə bir neçə göstəriciyə görə ilk pillədədi. Əyalət təmsilçisi hücumların sayına, qapıya zərbələrə, dəqiq ötümələrə, sürətli ötürmələrə, künc zərbələrinə, uğurlu hava mübarizələrinə və aldadıcı hərəkətlərə görə digər komandaları üstələyib. 
“Qəbələ” futbolçuları bu tur 5 dəfə oyundankənar vəziyyətə düşüb. Rəqibdən top almaqda “Bakı”, ötürmələrin qarşısını almaqda isə “Qəbələ” futbolçuları fərqlənib. AZAL tur ərzində ən çox qayda pozuntusuna yol verən komandadır.
Hamıdan çox qapıya zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına dəqiq ötürmə verən isə Slavko Georgievskidi (İnter). Hava mübarizələrində “Simurq”un hücumçusu Draqan Çeran rəqiblərindən üstün olub. “Qarabağ”lı Bədavi Hüseynov rəqibdən top almaqda uğurlu olub - oyun ərzində 10 dəfə. Ən çox qayda pozuntusuna yol verən Aleksandr Şemonayev (AZAL), qayda pozuntusuna məruz qalan isə komanda yoldaşı Qərib İbrahimovdu. “Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduelli rəqib ötürmələrinin qarşısını almaqda digərlərini qabaqlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər