PSJ ilə UEFA Çempionlar Liqasının qalibi olan Xviça Kvaratsxeliyanın transfer qiyməti bahalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı oyunçuların bazar qiymətinin dəyərləndirilməsi üzrə ixtisaslaşmış "Transfermarkt" portalı açıqlayıb.
Gürcü vingerin dəyəri 10 milyon avro artaraq 90 milyon avroya çatıb.
Xatırladaq ki, Kvaratsxeliya bu ilin yanvarında "Napoli"ni PSJ-yə dəyişib. Onun komandası finalda "İnter"i 5:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə ÇL-i qazanıb. Xviça həlledici qarşılaşmada Paris təmsilçisinin 4-cü qoluna imza atıb.
Nihat