"Roma"nın baş məşqçisi Joze Mourinyo A Seriyasının 11-ci turunda "Napoli" ilə matç öncəsi rəqib komandanın hücumçusu Xviça Kvaratsxeliyanı dayandırmaq üçün nə edəcəyi ilə bağlı sualı cavablandırıb .
Fanat.Az xəbər verir ki, "Football İtalia" portuqaliyalı çalışdırıcının dediklərini belə çatdırıb:
“Xviçanı dayandırmaq üçün nə edəcəyəm? Heç nə... Qaçarsa, onu yıxmağa çalışacağam”.
Bu gün keçiriləcək “Roma” – “Napoli” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça bu mövsüm A Seriyasında 10 matça çıxıb. Gürcü ulduz bu qarşılaşmalarda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.