Xviça Kvaratsxeliya yekun qərarını verdi - SON DURUM

Xviça Kvaratsxeliya yekun qərarını verdi - SON DURUM

"Napoli"nin cinah hücumçusu Xviça Kvaratsxeliyanın İtaliya klubundakı gələcəyi ilə bağlı yekun qərarı bəlli olub.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, indiki sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulan gürcü vinger Neapol təmsilçisi ilə müddəti 2029-cu ilə qədər olan müqavilə imzalamağa hazırlaşır. Mənbə 23 yaşlı futbolçunun maaşının artırılacağını da vurğulayıb.

Xatırladaq ki, cari mövsüm "Neapol" forması ilə bütün turnirlərdə 34 matça çıxan Xviça 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər