Xviça A Seriyasında 2 liderdən biridir

Xviça A Seriyasında 2 liderdən biridir

"Napoli"nin gürcü vingeri Xviça Kvaratsxeliya cari mövsüm İtaliya A Seriyasının ən yaxşı nəticəsinə şərikdir.

Fanat.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu buna ölkə birincliyinin 20-ci turu çərçivəsində "Roma" ilə oyunda növbəti qol ötürməsini verərək nail olub.

Mövsümdə 8-ci dəfə komanda yoldaşlarına assistentlik edən Kvaratsxeliya bu göstəricidə iki liderdən birinə çevrilib. "Latsio"nun üzvü Sergey Milinkoviç-Saviçin də hesabında eyni sayda məhsuldar ötürmə var.

Qeyd edək ki, hazırda turnir cədvəlində 53 xalla 1-ci pillədə qərarlaşan "Napoli" A Seriyasındakı növbəti matçını səfərdə "Spetsia"ya qarşı keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər