Xoselunun "Real"dakı taleyinə aydınlıq gəldi

Xoselunun "Real"dakı taleyinə aydınlıq gəldi

Müqavilə ilə "Espanyol"a məxsus olan hücumçu Xoselu "Real Madrid"də qala bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı nüfuzlu AS nəşri yayıb. 

Xəbərə görə, "Kral klubu"nun rəhbərləri ötən yay icarəyə götürülən forvardın oyunundan razıdırlar və mövsümün sonunda onu Kataloniya "Espanyol"undan birdəfəlik almaq niyyətindədirlər. 

Sövdələşmə Madrid nəhənginə cəmi 1,5 milyon avroya başa gələcək. 

Bu mövsüm Xoselu bütün turnirlərdə 35 matçda iştirak edib. Hücumçu bu görüşlərdə 13 qol vurub və 4 məhsuldar ötürmə edib. 

İspaniya çempionatının 25 turundan sonra Karlo Ançelottinin komandası 62 xal toplayaraq turnir cədvəlində birinci yeri tutur.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər