Xorvat yarımmüdafiəçi İtaliyada daha az maaşa oynayacaq

Xorvat yarımmüdafiəçi İtaliyada daha az maaşa oynayacaq

"Vest Hemin" futbolçusu Nikola Vlaşiç karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, Vlaşiç artıq "Torino"ya qoşulmaq üzrədir və hazırda tibbi müayinədən keçir. Mənbə xorvat yarımmüdafiəçinin Turin təmsilçisində "Vest Hem"dəkindən 500 min avro az maaşa oynamağa razılaşdığını vurğulayıb.

Xatırladaq ki, "Vest Hem" Vlaşiçi 2021-ci ildə, 30 milyon avroya Moskva MOİK-indən alıb. Nikola London klubunda ümumilikdə 31 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər