Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər" növbəti yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, I divizion təmsilçisi yerli "Kəmərspor" klubu ilə qarşılaşıb.
Oyun Kəmərdəki Dr. Fehmi Öncel stadionunda keçirilib. "Xəzər" Türkiyə təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanıb. Təmsilçimizin hər iki qolunu Ramil Həsənov vurub.
Qeyd edək ki, qarşılaşmanı slovakiyalı FIFA referisi Boris Marhefkanın başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Fanat.Az