“Xəzər Lənkəran”ın tanınmış məşqçisi vəfat etdi

“Xəzər Lənkəran”ın tanınmış məşqçisi vəfat etdi
Lənkəran futbolunda xüsusi yeri olan Namiq Qarayev bu gün dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, 60-cı illərdə Lənkəranın " Xəzər" klubunda oynamış Qarayev mədə xərəçəngi xəstəliyindən əziyyət çəkirmiş.
Məşqçi 2 il əvvəl xərçəngə qalib gəlsə də, yenidən eyni xəstəliyə düçar olub. Mütəxəssis dərhal müalicələrə başlayıb, amma bu dəfə qalib gələn tərəf xərçəng olub.
Namiq Qarayev futbolçu karyerasını erkən bitirib ali təhsil aldıqdan sonra məşqçi kimi fəaliyyət göstərib. "Xəzər Lənkəran”da çalışıb və ömrünün son 25 ilini uşaq futbolunun inkişafına sərf edib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər