"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı xəstəxanalıq oldu

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı xəstəxanalıq oldu

Vaxtilə ölkəmizdə çalışmış Con Toşak xəstəxanaya yerləşdirilib.

Fanat.Az "El Diario Vasco"ya istinadən xəbər verir ki, "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi koronavirusa yoluxub.

73 yaşlı mütəxəssisin vəziyyəti pisləşdiyindən o, reanimasiyaya yerləşdirilib. Həkimlər Toşakın ağır pnevmoniya olduğunu bildiriblər. Uelsli mütəxəssisin həyat yoldaşı da İspaniyanın Barselona şəhərindəki xəstəxanalardan birindədir.

Qeyd edək ki, Con Toşak "Xəzər Lənkəran"ı 2013-cü ildə çalışdırıb. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər