"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı "Dinamo"dan qovuldu

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı "Dinamo"dan qovuldu

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Rednik Rumıniyanın "Dinamo" klubundan qovulub. 

Fanat.Az xəbər verir ki, Rednikin başçılıq etdiyi “itlər” 12 rəsmi oyunda cəmi 1 qələbə qazandıqdan sonra qərar təbii olaraq verilib.

Klub tarixinin ən qaranlıq dövrlərindən birini yaşayan “Dinamo” onun rəhbərliyi altında bir qələbə qazanıb, üç heç-heçə edib və səkkiz oyunda uduzub. Buxarest təmsilçisi hazırda 21 turda topladığı cəmi 12 xalla Liqa 1-də sondan əvvəlki yeri tutur. 

59 yaşlı mütəxəssis üçün bu, “Dinamo”da 5-ci istefa, həm də son 2 ildə 3-cü qovulma idi. 

Rumıniyanın "Eurosport" saytı xəbərdə Rednikin son titulunu 10 il əvvəl Azərbaycanda əldə etdiyini, kuboku qazandığını vurğulayıb.

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı "Dinamo"dan qovuldu

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər