Karyerası ərzində Türkiyə millisini, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" kimi İstanbul nəhənglərini çalışdırmış, hazırda "Altay"ın baş məşqçisi olan Mustafa Dənizlinin adı İzmirdə yeni açılacaq "Alsancaq" stadionuna veriləcək.
Fanat.Az "Sözcü" nəşrinə istinadən xəbər verir ki, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.
"Altay" və "Altınordu" klublarının ev oyunlarını keçirəcəyi idman qurğusu 15 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.