“Xəzər Lənkəran”ın oyununun vaxtı bilindi

“Xəzər Lənkəran”ın oyununun vaxtı bilindi
"Xəzər Lənkəran” iyunun 29-da Almaniyanın Regionalliqasında mübarizə aparan “İnqolştadt 04”ün 2-ci komandası ilə gücünü sınayacaq. Apasport.az saytının məlumatına görə, İnqolştadt təmsilçisinin U-23 komandası ilə görüşün başlanma saatına aydınlıq gəlib.
Belə ki, “Xəzər Lənkəran” Almaniya toplanışı zamanı ilk və yeganə oyununu Bakı vaxtı ilə saat 21:00-da keçirəcək. Görüş cənubluların hazırlıq keçdiyi Bad Qöqqinq qəsəbəsində baş tutacaq.
Qeyd edək ki, məhz bundan sonra “Xəzər Lənkəran” Avroliqanın ilk oyunu üçün Maltanın Ta Kali şəhərinə yola düşəcək.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər