Azərbaycan Premyer Liqasının XXVIII turunun "Xəzər Lənkəran” - "Qarabağ” oyunundan əvvəl cəbhədəki son döyüşlərdə həlak olan 12 hərbçimizin xatirəsi yad olunub. Fanat.az xəbər verir ki, komandalar şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.
Diqqətçəkən başqa bir məqam isə "Xəzər Lənkəran”la oyunçuların meydançaya hərbi geyimdə çıxması olub. Cənubluların bu addımı Türkiyə mətbuatında da öz əksini tapıb. Belə ki, ölkənin ən nüfuzlu qəzetlərindən olan "Hürriyyət”in saytı bu haqda xəbər yayıb. Bundan başqa haberler.com, "Cihan” agentliyi və başqa saytlar də bu haqda məlumat verib.





Fanat.az