Mövsümə uğursuz başlayan “Xəzər Lənkəran” transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, komandanın yeni seleksiyaçı-məşqçisi Mario Souza artıq Con Toşaka iki futbolçu təklif edib.
Uesli mütəxəssis onların alınmasına razılıq verib. Hazırda onlarla danışıqlar gedir və transferlərin yaxın günlərdə rəsmiləşməsi gözlənilir. Həmin oyunçuların adları açıqlanmasa da, Braziliyadan olduqları və yarımmüdafiə xəttində çıxış etdikləri deyilir.
Daha bir futbolçunu isə Toşak özü rəhbərliyə təklif edib. İspaniyadan olan bu oyunçu ilə danışıqlar yekunlaşmaq üzrədi.