Dünən Lənkərandan Qəbələyə yola düşən “Xəzər Lənkəran” “Qafqaz Resort” otelində məskunlaşıb. Fanat.az xəbər verir ki, bu gün cənublular matçın keçiriləcəyi meydanda oyun öncəsi son məşqinə çıxıb.
1 saat 20 dəqiqə davam edən hazırlıqda futbolçular taktiki çalışmaları yerinə yetirib. Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdu və Lənkəran təmsilçisi qələbə əhval ruhiyyəsi ilə məşqini tamamlayıb oyun saatını gözləyir.