"Xəzər Lənkəran”ın sabiq futbolçusu Alvaro Silva Azərbaycandakı çıxışı haqda danışıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Lənkəranda yaşamağın çətin olduğunu bildirməklə yanaşı, ölkəmizdə yaxşı pul qazandığını deyib:
"Lənkəran darıxdırıcı yer idi. Ancaq o vaxt çoxlu pul var idi. Baş məşqçimz Con Toşak idi və buna görə orda oynamağa dəyərdi. Ailəmlə 1,5 il oteldə, hələ infrastrukturu olmayan şəhərdə qaldım”.
Qeyd edək ki, Alvaro Silva "Xəzər Lənkəran”ın formasını 2013/14 mövsümündə geyinib. O, hazırda Taylandın "Pathum Yunayted” klubunda çıxış edir.
Fanat.Az