Topaz Premyer Liqasının XII turunda Bakıda “böyük oyun”a çıxacaq "Xəzər Lənkəran" Lənkəranı tərk edib. Fanat.az xəbər verir ki, əzəli rəqibi ilə prinsipial oyun ərəfəsində 4 futbolçusu məşqlərdən kənarda qalan “gəmiçilər” daha bir itki ilə üzləşib. Belə ki, mərakeşli yarımmüdafiəçi Zohair Benuahinin əzələsi dartılıb. Onun “ağ-qaralar”la görüşdə forma geyib-geyməyəcəyi sual altındadı.
Fanat.az