“Xəzər Lənkəran” zimbabveli forvardı gətirə bilmədi

“Xəzər Lənkəran” zimbabveli forvardı gətirə bilmədi
“Xəzər Lənkəran”ın transfer etmək istədiyi əcnəbilərdən birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu "Vasluy"un üzvü Mike Temvaneranı heyətinə qatmaq istəyib. Lakin 32 yaşlı forvardın keçidi baş tutmayıb.
Qeyd edək ki, vətənində "CAPS Yunayted", Serbiyada isə "Yavor" və "Borats" klublarının formasını geyinmiş zimbabveli futbolçu 2007-ci ildən "Vasluy"da çıxış edir. Bu müddətdə 195 oyuna çıxan Mike 47 qol vurub. O, Zimbabve yığmasında 3 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər