"Xəzər Lənkəran" stadionunun qazonu sıradan çıxdı

"Xəzər Lənkəran" stadionunun qazonu sıradan çıxdı
"Xəzər Lənkəran" stadionunun hər 3 meydanının qazonu sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu məlumat yayıb.
"Təəssüflə bildirirəm ki, "Xəzər Lənkəran" stadionunun hər üç qazonu sıradan çıxıb. Səbəb olaraq Lənkəran da yerləşən yarımstansiyada təmir işləri aparan şirkətin təhlükəsizlik qaydalarına riayət etməməsi olub. Təmir zamanı "Xəzər Lənkəran" stadionuna gedən özəl xətt zədələnıb və 3 gün ərzində işıqsız qalan stadionda suvarılma prosesi tamamən dayanıb" deyə Hüseyn Cəbrayıloğlu bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər